Peyvəndlənmə məcbur olsun? – Azərbaycanlı həkim Baydeni DƏSTƏKLƏDİ

Peyvəndlənmə məcbur olsun? – Azərbaycanlı həkim Baydeni DƏSTƏKLƏDİ

Hazırda oxunan: Peyvəndlənmə məcbur olsun? – Azərbaycanlı həkim Baydeni DƏSTƏKLƏDİ

36478

“Ən çox xəstələnənlər peyvəndsizlərdir”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev “Facebook”hesabında qeyd edib. Həkimin sözlərinə görə bu gün bütün dünya çıxış yolunu peyvənddə görür:

“Mən peyvənd olunmuşdum, amma ölümcül xəstələndim" kimi feyk xəbərlərə inanmayın. Peyvənd olunanlar yoluxa bilər, amma ölümcül olmayacaqlar. Bir az diqqətlə müşahidə aparsaq, görərik ki, ən çox xəstələnənlər peyvəndsizlərdı”.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksin şirkətlərinin “biznes-planı” – “Yeni ştammlar hazırlanır”  


Son günlər koronavirusla bağlı Azərbaycanda stabilləşmənin olduğunu vurğulayan Vaqif Qarayev sağalanların sayının günbəgün artmasını yaxşı əlamət adlandırıb:

“Demək ki, kliniklarda sıxlıq olmayacaq. Yoluxma sayına kütləvi peyvəndləmə mütləq müsbət təsir edəcək və ayın axırında bu göstərici də azalacaq.

Gürcüstanda da müsbət tendensiya müşahidə olunur, amma ölüm sayı ürəkaçan deyil. Hökumət qapanmaya getməyəcək və çıxış yolunu vaksinasiyada görürlər. Türkiyədə zəif də olsa stabilləşmə var.

Yaxın günlərdə öz vaksinlərindən istifadə edəcəklər. Rusiyada isə vəziyyət pisdir. Vaksin baxımından da orada problem yoxdur. Özləri istehsal edir. 
 

ABŞ-da kifayət qədər yoluxma olsa da, ölüm 1-2 faiz civarındadır. Stasionarlarda müalicə alanlərın 97 faizi peyvəndsizdi.


Bu səbəbdən Co Bayden yeni sərəncam imzalayıb. Bir sıra peşə sahibləri (dövlət qulluqçuları, tibb işçiləri və s.) məcburən vaksinasiya olunacaqlar”, deyə həkim əlavə edib.

Alçina Amilqızı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO