Ramiz Göyüşov son dəfə nə xahiş etdi? - FOTO

Ramiz Göyüşov son dəfə nə xahiş etdi? - FOTO

Hazırda oxunan: Ramiz Göyüşov son dəfə nə xahiş etdi? - FOTO

36473

Son günlər pornoqrafik görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşov ona göstərilən dəstəyə görə cəmiyyətə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə özünün sosial şəbəkədəki hesabında paylaşım edən Göyüşov son günlər hər kəsə çox əziyyət verdiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

RƏSMİ: Ramiz Göyüşov YAP-dan qovuldu - FOTO 


"Bilirəm, bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edir və xahiş edirəm, bu linkə girib xəbəri oxuyasınız. Təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, sabiq sədrin paylaşdığı link Baş Prokurorluğun Azadinfo.az saytının təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Xəttab) R. Göyüşovdan hədə-qorxu ilə pul tələb edərək cinayət başında yaxalanması ilə bağlı məlumatdır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO