Baş nazirdən yeni qərar -  DƏRSLƏR BU TARİXLƏRDƏ BAŞLAYACAQ

Baş nazirdən yeni qərar -  DƏRSLƏR BU TARİXLƏRDƏ BAŞLAYACAQ

Hazırda oxunan: Baş nazirdən yeni qərar -  DƏRSLƏR BU TARİXLƏRDƏ BAŞLAYACAQ

36465

Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlansın və əyani formada təşkil ediləcək:

- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;

- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;

- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO