Zakir Həsənov və Nəcməddin Sadıqov hərbi geyim qaydalarını kobud şəkildə pozdu

Zakir Həsənov və Nəcməddin Sadıqov hərbi geyim qaydalarını kobud şəkildə pozdu

Hazırda oxunan: Zakir Həsənov və Nəcməddin Sadıqov hərbi geyim qaydalarını kobud şəkildə pozdu

36447

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfəri zamanı hərbi geyim qaydalarını kobud şəkildə pozub. Generalların hərbçilərlə görüşü zamanı çəkilən şəkilləri araşdıran Moderator.az saytı hər iki generalların hərbçilər qarşısına kəmərsiz çıxdığını aşkarlayıb. Şəkildən də aydın görtünür ki, həm müdafiə naziri, həm baş qərargah rəisi, həm də general Qorxmaz Qarayev hərbçilər qarşısına kəmərsiz çıxıb.

Məlumat üçün qeyd edək ki, rütbə və vəzifəsindən asılı olmayaraq üzərində hərbi mundir daşıyan hər bir şəxsin hərbi geyim qaydalarının tələblərinə riayyət etməsi zəruridir. Faktla bağlı saytımıza açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov da generalların hərbi geyimlərində ciddi qüsurların olduğunu təsdiqlədi və xüsusilə də baş qərargah rəisinin əynindəki formanın Azərbaycan ordusunda istifadə edilən formadan əsaslı şəkildə fərqləndiyinə diqqət çəkdi.

Məsələyə digər hərbi ekspert Cəsur Sümərinlinin də mövqeyini öyrəndik. Bildirdi ki, hərbi geyim qaydaları var və əsgərdən tutmuş generaladək hər kəs buna tabe olmalıdır. 

 Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO