Bakıda ağır qəza: Yol polisi piyadanı vuraraq öldürdü 

Bakıda ağır qəza: Yol polisi piyadanı vuraraq öldürdü 

Hazırda oxunan: Bakıda ağır qəza: Yol polisi piyadanı vuraraq öldürdü 

0:00
0:00
36419

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. (apa) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO