RƏSMİ: Ramiz Göyüşov YAP-dan qovuldu - FOTO 

RƏSMİ: Ramiz Göyüşov YAP-dan qovuldu - FOTO 

Hazırda oxunan: RƏSMİ: Ramiz Göyüşov YAP-dan qovuldu - FOTO 

36413

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.

Bu barədə Bizim.Media-ya partiyadan məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tafiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərovRəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb.

Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir.

Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO