Yeni Azərbaycan Partiyası (YAP) bir neçə avtomobilini satışa çıxarır.
Bizim.Media-nın xəbərinə görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.
MÖVZU İLƏ BAĞLI:
YAP-ın Bakı rayon təşkilatlarına yeni sədrlər TƏYİN OLUNDU
İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının balansında olan istismar müddətini başa vurmuş 5 ədəd nəqliyyat vasitəsinin satışa çıxarılmasına, 2 ədəd minik avtomobilinin “Yeni Azərbaycan” qəzetinin balansına verilməsinə və 1 ədəd yeni avtomobilin alınmasına razılıq verilib.
Bizim.Media