Haqqımız olan

Haqqımız olan "Halal internet"i niyə TƏLƏB ETMİRİK? 

Hazırda oxunan: Haqqımız olan "Halal internet"i niyə TƏLƏB ETMİRİK? 

36343

“Mövcud qanunvericiliyə görə valideynlərin provayderlərdən “Halal internet” xidməti tələb etmək haqqı var. Yəni, ötən il yanvarın 1-dən qüvvəyə minən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna görə hər bir provayder uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün “Halal internet” xidməti yaratmalıydı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

O, bildirib ki, qanuna görə bütün provayderlər abunəçinin istəyi ilə uşaqlara zərərli ola biləcək kontentdən təmizlənmiş internet, necə deyərlər “Halal internet” xidməti verməyə borcludur:
 

MÖVZU İLƏ BAĞLI:

Təcavüz, porno, intihar dolu canlı yayımlar... – İnternetin Deep Web bazarı 


“Bütün təhsil sisteminə verilən internet trafik süzgəcdən keçirildiyindən, yəni “Halal internet” olduğundan məktəblərdə bu istiqamətdə problem demək olar ki, aradan qaldırılıb. Məktəbdən kənarda, xüsusilə də evlərdə uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliklə bağlı problemlər qalır.

Rəqəmsal savadlılığı yetərli olmayan valideynlər uşağı internetdə qorumaq üçün, “Halal internet” xidməti almaq üçün qanunvericiliyin verdiyi imkandan yararlana bilərlər”.
Bəs bütün provayderlər bu xidməti verməyə hazırdırmı?

Osman Gündüzün sözlərinə görə süzgəc sisteminin qurulması provayderdən əlavə xərclər və resurslar tələb edir:

“Güman ki bu baxımdan provayderlərin bir çoxunda hələlik bu sistem qurulmayıb. Bəzi provayderlər valideyn nəzarətinə tam zəmanət verən rəqəmsal həllər də hazırlayıblar.
 

Müşahidələr göstərir ki, Təhsil Nazilriyinin, NRYTN-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, MTRŞ-in, Medianın İnkişafı Agentliyinin uşaqların internetdə təhlükəsizliyi ilə bağlı, adıçəkilən qanunun icrası ilə bağlı səylərinin gücləndirilməsinə ciddi ehtiyac var.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin isə bu istiqamətdə fəaliyyətini yetərli hesab etmək olmaz.

Uşaqların internetdə təhlükəsizliyinin təmin edlməsi üçün valideynlər də diqqətli olmalıdırlar, internetdə dostu olmalı, onların istifadə etdiyi avadanlıqlarda təhlükəsiz rejimdən istiafdəyə diqqət yetirməli, elementar təhlükəsizlik qaydaları və internetdə ünsiyyət qaydaları uşaqlara öyrədilməlidir”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO