Quba Soyqırım Memorial Kompleksində beynəlxalq elmi simpozium keçirilir.
Bizim.Media xəbər verir ki, "20-ci əsr Türk-müsəlman soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə” və “Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda keçiriləcək tədbir 2 gün davam edəcək.
Simpozium Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırım Memorial Kompleksi və Azərbaycan Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə keçirilir.
MÖVZU İLƏ BAĞLI:
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər - FOTOLAR
Simpoziumun keçirilməsində əsas məqsəd bölgədə elm və tarixin inkişafına dəstək vermək və 20-ci əsrin dəhşətli soyqırımlarını və 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Zəfərimizi bir daha dünya ictimaiyyətinə çatdırmaqdır.
Bundan başqa simpoziumda Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixi barədə də müzakirələr başladılıb.
Beynəlxalq simpoziumda Azərbaycan, Rusiya və Türkiyədən gəlmiş alim və tədqiqatçıların çıxışı dinləniləcək.
Aytəkin Alxaslı, Bizim.Media