“Qarabağ zəfəri” adlı hekayə müsabiqəsi ELAN OLUNDU

“Qarabağ zəfəri” adlı hekayə müsabiqəsi ELAN OLUNDU

Hazırda oxunan: “Qarabağ zəfəri” adlı hekayə müsabiqəsi ELAN OLUNDU

36332

“Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi münasibətilə “Qarabağ zəfəri” adlı qısa hekayə müsabiqəsinə start verir.

Bizim.Media-ya verilən məlumata görə, “Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır.

Yalnız Azərbaycan dilində olan əsərlər qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər hər əsər üçün 10 AZN (on manat) ödəniş etməlidir. Bir müəllif müsabiqəyə maksimum 3 əsər göndərə bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq


Müəlliflər əsərlərini 8 noyabr saat 12:00-a qədər [email protected] elektron ünvanına göndərməlidir.

Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin əsərin adını qeyd etməlidir. Şərtlərə uyğun olmayan əsərlər müsabiqəyə qəbul edilməyəcək.

Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaqdır. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO