Ramiz Mehdiyevin kürəkəni Şüvəlandakı villasını satışa çıxardı - Səbəb - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni Şüvəlandakı villasını satışa çıxardı - Səbəb - FOTOLAR

Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəni Şüvəlandakı villasını satışa çıxardı - Səbəb - FOTOLAR

36330

Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib.

Bizim.Media "Yeni Müsavat”a istinadla xəbər verir ki, İ.Əliyevin  nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb.

İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik "özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev milli su və kanalizasiya sistemini necə “islahat etdi”? - 10 milyardlıq sərmayə - ARAŞDIRMA


Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir.

Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var.

Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir.  Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.
 

Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib.


Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb.

Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.

İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır.

İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var.

Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir.
 

Bura tikinti kooperativləri – "Topaz” MTK və "Qala-R.L” MTK, MMC-lər – "NLT” MMC və "Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də "NLT” MTK, "Servis” MTK, "Grand Palace” MTK, "Astoriya” MTK, "Astoriya Tibb Mərkəzi” MMC və "Qrandezza”, hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.


"Gandezza” ticarət mərkəzi Bakıda, "Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. "Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə "Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var.

Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. "Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub.

Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – "Topaz” MTK-nın, Orxan Əliyev "NLT” MTK-nın sədridir.

Rəsmi məlumatlara görə, Orxan Əliyev "Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə "E & S” MMC və "Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda "Dry Tech” şirkətinə, eləcə də "Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Əliyev rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO