Azərbaycanda 29 yaşlı xanım məmur koronavirusdan ÖLDÜ

Azərbaycanda 29 yaşlı xanım məmur koronavirusdan ÖLDÜ

Hazırda oxunan: Azərbaycanda 29 yaşlı xanım məmur koronavirusdan ÖLDÜ

36322

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxan daha bir müəllim vəfat etdi - FOTO


"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib.

Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO