YAP-da bu anlarda nə baş verir? - İdarə heyətinin üzvü DANIŞDI

YAP-da bu anlarda nə baş verir? - İdarə heyətinin üzvü DANIŞDI

Hazırda oxunan: YAP-da bu anlarda nə baş verir? - İdarə heyətinin üzvü DANIŞDI

36314

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti bu gün saat 15:00-da toplaşacaq.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu verib. İclasa dəvət aldığını vurğulayan deputat partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin seçilməsi məsələsinə baxılacağını deyib:

“Mən də toplantıya dəvət almışam. Hansı rayon tşkilatlarına baxılacağı ilə bağlı məlumatım yoxdur”.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bu deputatlar YAP-dakı vəzifələrindən uzaqlaşdırıldı


Qeyd edək ki, toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcəyi bildirilir. Xüsusilə isə YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq.

Əldə olunan digər məlumata görə toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək. Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO