SON DƏQİQƏ: Bu deputatlar YAP-dakı vəzifələrindən uzaqlaşdırıldı

SON DƏQİQƏ: Bu deputatlar YAP-dakı vəzifələrindən uzaqlaşdırıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Bu deputatlar YAP-dakı vəzifələrindən uzaqlaşdırıldı

36260

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah - sentyabrın 10-da keçiriləcək iclasında partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçəsi vəzifədən azad ediləcək. 

Bizim.Media
həmin şəxslərin bəzilərinin adlarını əldə edib. 

Belə ki, sabahkı toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək. Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək. 

Qeyd edək ki, hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.(report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO