Azərbaycan və Pakistan bu sahədə də əməkdaşlığı inkişaf etdirəcək - DETALLAR 

Azərbaycan və Pakistan bu sahədə də əməkdaşlığı inkişaf etdirəcək - DETALLAR 

Hazırda oxunan: Azərbaycan və Pakistan bu sahədə də əməkdaşlığı inkişaf etdirəcək - DETALLAR 

36256

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye arasında iki ölkənin turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə DTA məlumat yayıb. 

Məlumata görə, görüşdə Agentlik sədri Pakistanın Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu, 2018-2019-cu illərdə Pakistandan gələn ziyarətçilərin sayının əvvəlki illərə nisbətən dəfələrlə artdığını, ancaq pandemiya səbəbindən artım tempinin dayandığını qeyd edib. 

F.Nağıyev Vətən müharibəsi dövründə dost ölkə tərəfindən Azərbaycana verilən siyasi dəstəyin əhəmiyyətini vurğulayaraq, bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin də inkişafına öz töhfəsini verdiyindən bəhs edib.

Səfir öz növbəsində ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı səfərlərin artması məqsədilə əməkdaşlıq sazişi layihəsinin önəmini vurğulayıb. 

Görüş zamanı birbaşa aviareyslər, viza məsələləri, postpandemiya dövründə birgə tanıtım və təbliğat layihələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO