Məktəblərdə peyvənd məntəqələri BƏRPA EDİLƏCƏK

Məktəblərdə peyvənd məntəqələri BƏRPA EDİLƏCƏK

Hazırda oxunan: Məktəblərdə peyvənd məntəqələri BƏRPA EDİLƏCƏK

36249

“Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O qeyd edib ki, təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi planlaşdırılır: “Məktəb rəhbərliyi prosesə nəzarət edəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

MTN generalının cinayət işi icraata verildi, 4 zərərçəkən var


R.Ağayev həmçinin məktəblərdə peyvənd məntəqələrinin ləğvi məsələsinə də aydınlıq gətirib:

“Hazırda həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Xatırladım ki, Bakıda 10, Sumqayıtda isə 2 belə məntəqə yaradılmışdı.

Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO