İllərdir görünməyən 86 yaşlı aktyordan xəbər var - FOTOLAR

İllərdir görünməyən 86 yaşlı aktyordan xəbər var - FOTOLAR

Hazırda oxunan: İllərdir görünməyən 86 yaşlı aktyordan xəbər var - FOTOLAR

36244

Uzun illər Azərbaycan Dövlət Dram Teatrında çalışan Azərbaycanın əməkdar artisti Məcnun Hacıbəyov birdən-birə Bakıdan Qubaya köçməsindən danışıb.

Bizim.Media-nın suallarını cavablandlran aktyor bildirib ki, kəndə öz istəyi ilə köçüb. 11 ildir Qubada məskunlaşan sənətkar oktyabrın 5-də 86 yaşını qeyd edəcək. 
 

“Çox adam düşünür ki, mən teatrdan küsüb getmişəm. Ancaq bu xəbərlər yanlışdır. 75 yaşıma qədər doğma tetarımda çalışmışam. Daha sonra isə kəndə köçdüm. Kənd həyatı mənə şəhərin səs-küyündən çox rahatdır".


2010-cu ildən Qubanın İkinci Nügədi kəndində yaşayan Məcnun Hacıbəyov bildirib ki, həyat yoldaşını itirdikdən sonra kənddə tək yaşayır. Əməkdar artist övladlarının hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. 

“Mən övladlarımdan çox razıyam. Allah bütün valideynlərə mənim övladlarım kimi övladlar yetirsin. Məni yaşadan onlardır”.

Söhbət əsnasında Məcnun Hacıbəyov uzun illər çiyin-çiyinə çalışdığı, çox yaxın münasibətdə olduğu mərhum sənət dostlarını da unutmayıb. O, Yaşar Nurini, Fuad Poladovu, Kamal Xudaverdiyevi xatırladıqca kövrəlib.
 

Əməkdar artist bildirib ki, bu nəhəng sənətkarlar səhnənin magikanları olub. Artist yaxın dostu, mərhum Xalq artisti İlham Əsgərovdanda da söz açıb.


“İlham tez-tez ailəsi ilə birgə bura, Qubaya yanıma gələrdi. Çox heyf ki, gözəl insanları, sənətkarların çoxu ilə vaxtsız vidalaşdıq”.

Məcnun Hacıbəyov daha bir maraqlı məqamın da üstünü açıb. O, bu yaxınlarda qəfildən onun görüşünə əməkdar artist Yusif Mustafayevin gəldiyini də bildirib.  M. Hacıbəyov vurğulayib ki, uzun müddətdən sonra sənətçi ilə görüşmək ona çox xoş olub. 

Aytəkin Alxaslı, Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO