"Son günlər sosial mediada, əsasən "Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazılaraq iştirak etdikləri "giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir və hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.
Bizim.Media xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən piyadalara XƏBƏRDARLIQ
DİN vətəndaşlara müraciət edib:
"Vətəndaşlarımızın diqqətinə bir daha çatdırırıq ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər".
Bizim.Media