Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq.
Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 45-50 %olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 09.09.2021
Sabah da hava küləkli olacaq? – PROQNOZ
Hazırda oxunan: Sabah da hava küləkli olacaq? – PROQNOZ
Hazırda oxunan: Sabah da hava küləkli olacaq? – PROQNOZ
36199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.