55 yaşlı kişini döyüb öldürdü

55 yaşlı kişini döyüb öldürdü

Hazırda oxunan: 55 yaşlı kişini döyüb öldürdü

36158

Avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizov almış oldığı xəsarətlər nəticəsində rayon mərkəzi xəstəxanasında ölüb.

Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, müəyyən edilib ki, avqustun 23-ü saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə  Z.Əzizov avqustun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dava düşdü: bir nəfər bıçaqlandı, digəri isə döyüldü 


Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO