Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün sentyabrın 9-dan 16-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
MÖVZU İLƏ BAĞLI:
Avqustun I yarısında keçiriləcək imtahanların SİYAHISI
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Bizim.Media