Azad olunan ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azad olunan ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Hazırda oxunan: Azad olunan ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

36110

Cari ilin ilk altı ayında ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldirilib.

Eyni zamanda, Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”-in layihələndirilməsi və tikintisinə üçün Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO