Pozuntular aşkarlanan obyektlər cərimələndi - SİYAHI 

Pozuntular aşkarlanan obyektlər cərimələndi - SİYAHI 

Hazırda oxunan: Pozuntular aşkarlanan obyektlər cərimələndi - SİYAHI 

36106

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə obyektlərində reydləri davam etdirir. 

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 7-də ölkə üzrə 412 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 

1. Bakı şəhəri, Xətai ‎rayonu, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönər evi; 

2. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küç., ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı; 

3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38a ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiqə məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 5 ünvanında yerləşən, fiziki şəxs Alcanov Sənan Maarif oğluna məxsus “Park” kafesi; 

5. Bakı şəhəri, Xətai rayonu, Nobel pr.15 ünvanında yerləşən, fiziki şəxs Nana Kıknadzeyə məxsus restoran; 

6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küçəsi 4C ünvanında yerləşən, fiziki şəxs Xəlilov Elnur Təngiz oğluna məxsus kafe. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO