MİDA tender elan etdi – Çoxmənzilli binaları kimlər tikəcək?

MİDA tender elan etdi – Çoxmənzilli binaları kimlər tikəcək?

Hazırda oxunan: MİDA tender elan etdi – Çoxmənzilli binaları kimlər tikəcək?

36105

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhərində çoxmənzilli binaların tikintisi üçün tender elan edib.

Bizim.Media Dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tikinti işləri Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində aparılacaq.

Tender elanında

1.  4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi;

2.  7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi təklif edilir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Hər bir lot üzrə tenderdə iştirak haqqı 600 manatdır. 

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO