Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq

Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq

Hazırda oxunan: Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq

36081

Ötən gün Təhsil Nazirliyi tərəfindən keçirilən brifinq zamanı ali təhsil müəssisələrində, kolleclər və digər təhsil müəssisələrində sentyabrın 29-dan əyani təhsilin başlayacağı qeyd edilib.

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks-göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Prosesə nəzarət təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq.

Daxili İşlər Nazirliyi sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparılacağını, əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID-19 sertifikatı olmazsa, tələbənin yox, həmin təhsil müəssisəsinin rəhbərliyinin məsuliyyət daşıyacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə mühazirələr KEÇİRİLMƏYƏCƏK - Təhsil naziri  


Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, müəllim heyətinin və tələbə kollektivinin peyvəndlənməsi çevik və mütəşəkkil şəkildə həyata keçirilir:

"Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin 90 faizindən çoxu, tələbə-gənclərinin isə hamısı peyvəndlənmənin hər iki mərhələsindən keçiblər.

Hazırda Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən müəllim və tələbələrlə peyvənd edilməyin vacibliyi barədə maarifləndirmə işləri aparılır və bu proses səmərəli təşkil edilir.
 

Müəllim və əməkdaşlar Bakı Slavyan Universitetinin hər iki tədris binasına daxil olarkən onların COVİD-19 vaksinasiyası üzrə məlumat forması qeydiyyata alınır və hərarətləri yoxlanılır.


Bu iş universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə Bakı Slavyan Universitetində peyvənd olunma prosesi xüsusi diqqət mərkəzində saxlanılır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva isə qeyd edib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olunub.

Tələbələrin, müəllimlərin və universitet əməkdaşlarının COVID-19 pasportlarının yoxlanma prosesi üçün universitetin işçilərindən ibarət qrup yaradılıb. Universitetin girişində fəaliyyət göstərən həmin qrup COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı olmayan şəxslərin universitetə daxil olmasına icazə verməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO