Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər

Hazırda oxunan: Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər

36079

Azərbaycan və Serbiya arasındakı turizm üzrə əlaqələrin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.

Bizim.Media xəbər verir ki, F.Nağıyev görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidənqurulması və bərpası istiqamətində görülən işlərdən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvadan Naxçıvana aviareys açıldı


O qeyd edib ki, gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.

Səfir isə növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO