Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov yerli mətbuata verdiyi açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis yeni qanun layihəsini müzakirəyə çıxarır
O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.
Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.
Bizim.Media