Yeni binaların qaraj PROBLEMİ – Əslində necə olmalıdır? 

Yeni binaların qaraj PROBLEMİ – Əslində necə olmalıdır? 

Hazırda oxunan: Yeni binaların qaraj PROBLEMİ – Əslində necə olmalıdır? 

35963

Bakıda inşa edilən çoxmənzilli binaların sakinləri üçün avtomobilləri park etmək əsl problemə çevirilib. Şəhərdə əhali sayı və sıxlıq artdıqca bu problem daha aktual xarakter alır.

Tikinti şirkətləri yüksəkmərtəbəli binalar inşa edib, onları vətəndaşlarla satarkən yalnız onun maliyyə tərəfini hesablayır, sakinlərin gələcəkdə qarşılaşa biləcəyi problemlər onları maraqlandırmır.

Bəzi hallarda mənzilləri satarkən müştərilərinə  qaraj vəd edən MTK rəhbərləri sonradan vədlərinə xilaf çıxırlar. Bu da narazılıqlara zəmin yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Parkinq problemləri həm də qonşular arasında narazılıqlara, dava-dalaşa səbəb olur. Bu cür hallar kütləvi informasiya vasitələri, sosial şəbəkə səhifələrinə çıxır. 

Bəs, əslində necə olmalıdır?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində qanunvericiliyə görə, yaşayış binasında yerləşən mənzillərin iki misli qədər onların parkinq yerləri olmalıdır: 

“Eləcə də açıq meydançalarda mənzillərin 60 faizi qədər qonaqlar üçün dayanacaq yerləri nəzərdə tutulmalıdır.

Təəssüf ki, əksər tikinti şirkətləri və layihə institutları binanın layihələndirilməsi zamanı bunu nəzərə almırlar. Bu da haqlı olaraq narazılıqlara, bədbəxt hadisələrə gətirib çıxarır”.

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO