“Dərsə gələn uşaqların hərarəti 37-dən yuxarı olarsa, təhsil müəssisəsinə buraxılmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Təhsil nazirin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 226 məktəbdə 400 könüllü təşkil edilib ki, onlar uşaqların hərarətini ölçəcəklər. Həmçinin xüsusi monitorinq qrupları təşkil edilib:
MÖVZU İLƏ BAĞLI:
Universitetlərdə mühazirələr KEÇİRİLMƏYƏCƏK - Təhsil naziri
“Yoxlamalar davam edəcək. Öz monitoqinimizdən əlavə Gigiyena və Epidemiologiya Mərkəzindən də yoxlamalar aparılacaq.
Valideynlərə tövsiyəmiz odur ki, məktəbin qarşısında sıxlığın yaranmaması üçün bizə yardımçı olsunlar. Hər bir valideyn ötən il iltizam forması doldurmuşdu. Bu il də həmin ərizə forması keçərli olacaq”.
Alçina Amilqızı, Bizim.Media