"Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər".
Bizim.Media xəbər verir ki, komitənin məlumatında o da qeyd olunub ki, "Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin.
MÖVZU İLƏ BAĞLI:
Rüstəm Muradov Xankəndindəki azərbaycanlı hərbçini ziyarət etdi – FOTO
Həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın”.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media