Ali məktəblərə qəbul olanlar bu vaxta qədər qeydiyyatdan keçməlidirlər - SON TARİX

Ali məktəblərə qəbul olanlar bu vaxta qədər qeydiyyatdan keçməlidirlər - SON TARİX

Hazırda oxunan: Ali məktəblərə qəbul olanlar bu vaxta qədər qeydiyyatdan keçməlidirlər - SON TARİX

35843

Ali məktəblərə qəbul olanların onlayn qaydada qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ: Qeydiyyat prosesində yeniliklər tətbiq olunacaq - FOTO


Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO