Qarabağdakı rus sülhməramlıları bu təşkilatla əməkdaşlıq edirmiş - TƏFƏRRÜAT 

Qarabağdakı rus sülhməramlıları bu təşkilatla əməkdaşlıq edirmiş - TƏFƏRRÜAT 

Hazırda oxunan: Qarabağdakı rus sülhməramlıları bu təşkilatla əməkdaşlıq edirmiş - TƏFƏRRÜAT 

35810

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hazırda Qarabağdakı işinin əsas istiqaməti həlak olan əsgərlərin cəsədlərinin axtarılmasıdır. 

Bizim.Media xəbər verir ki, bunu BQXK -nın regional nümayəndə heyətinin rəhbəri İxtiyar Aslanov TASS-a müsahibəsində deyib. 

Aslanov BQXK-nın humanitar məsələlərdə Qarabağdakı rus sülhməramlıları ilə sıx əməkdaşlıq etdiyini də sözlərinə əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlıların VƏZİFƏLƏRİ – Bəs ruslar Qarabağda nəylə məşğuldur?


"Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlişindən bəri onlarla birgə işləyirik. Həmkarlığımız çox yaxındır. Əməkdaşlarımız sülhməramlı qüvvələrin komandanlığı ilə, əsgər və zabitlərlə görüşürlər", - deyə o bildirib. 

Aslanovun sözlərinə görə, hazırda işin əsas istiqaməti həlak olan əsgərlərin cəsədlərinin axtarılması və ailələrinə təhvil verilməsidir. 

Bundan əlavə komitə rəsmisi rus hərbçiləri ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını da dilə gətirib: 

"Mövcud vəziyyətə əsaslanaraq digər humanitar məsələlər də müzakirə olunur. Eskalasiya zamanı dağılan infrastrukturun, fərdi evlərin və digər xidmətlərin inkişafı əsas prioritetlərimizdəndir. Hətta deyərdim ki, Rusiya sülhməramlı qüvvələri ilə yaxın təmasdayıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO