Tovuz sakinindən maraqlı ixtira - ÖZƏL - FOTO

Tovuz sakinindən maraqlı ixtira - ÖZƏL - FOTO

Hazırda oxunan: Tovuz sakinindən maraqlı ixtira - ÖZƏL - FOTO

35805

Tovuz sakini Hüseyn Həsənov elektrik enerjisi istehsal edən qurğu hazırlayıb. 5 min manat vəsait hesabına ərsəyə gələn çarx müxtəlif avtomobil və texnikaların ehtiyyat hissələrindən düzəldilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, dağlardan süzülən su ilə çarx hərəkətə düşür, nəticədə də onun obyekti fasiləsiz elektrik enerjisi ilə təmin edilir. 

Gün ərzində fasiləsiz işləyən çarxdan 3 kilovata qədər elektrik enerjisi əldə edilir. Bununla da meşə ərazisində yerləşən istirahət mərkəzi 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Bu qurğudan əldə edilən enerji ilə obyektdə soyuducular da rahat işləyir. Əgər suyun axınında təzyiq azalarsa qurğu daha az elektrik hasil edir və sadəcə lampaları yandırmağa gücü çatır. 

Qış fəslində çarxın fəaliyyəti dayanır.

Cümşüd Məmmədov, Bizim.Media, Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO