Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.
Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.
Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5, eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.
MÖVZU İLƏ BAĞLI:
Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Bizim.Media