Quranda şifrələnmiş COVİD-19 mesajları – Pandemiyanın BİTƏCƏYİ VAXT da göstərilib

Quranda şifrələnmiş COVİD-19 mesajları – Pandemiyanın BİTƏCƏYİ VAXT da göstərilib

Hazırda oxunan: Quranda şifrələnmiş COVİD-19 mesajları – Pandemiyanın BİTƏCƏYİ VAXT da göstərilib

35791

“O vaxt Lut tayfası həzrəti Luta dedi ki; madam sən yaxşısan, biz pisik. Onda sən çölə çıxma. Evində qal. Bizim pisliyimiz sənə toxunmasın. Kinayə etdilər. Qurandakı Luta deyilən “evdə qal və qonaq qəbul eləmə kimi” sözlər bu günə tam uyğundur.

Bu surə və ayələrin ilk riyazi hesablaması 125 edirdi. Dedim ki. Martdan 125 günü hesablayın və o vaxt yumşalmalar olar. Virusun ağır dönəmi isə 554 gündür. Bütünlüklə silinməsi də 1127 gündür”.

Bizim.Media xəbər verir ki, bu sözləri pandemiyaya təzə tüğyan etməyə başlayan günlərdə Türkiyədən olan jurnalist, yazar və ilahiyyatçı Mehmet Ali Bulut deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Quranda demokratiya varmı? - VİDEO


O, Əsr surəsini də örnək gətirib:

“İnsanlar ziyan içindədirlər”.

Surənin ikinci ayəsini deyən Mehmet Ali ayələrdəki rəqəmləri topladığı zaman hicri təqvimlə 1441-in, miladi ilə 2020-nin alındığını diqqətə çatdırıb:

“Ondan sonra dabbətül arz (axirət günü ortaya çıxacaq məxluq) deyirsiniz. Yenə 1441-2020 edir. Quranda çoxsaylı şifrələr var. Bəqərə surəsinin 256-cı ayəsində deyir ki, dində məcburiyyət yoxdur. Rəqəmlərlə 1926 alınır. 1926-cı ildə Türkiyədə dini azadlıq yaradılıb”.

Əlbəttə özümüz də Quran kitabına diqqət yetirsək, hazırda baş verənlərə eyham yüklü olan ayələrə rastlaşarıq. Bəqərə surəsinin 155-ci ayəsində deyilir ki, biz mütləq qorxu, aclıq hissi və mülkünüzü itirmək ilə sizi sınaqdan keçirəcəyik.
 

Buradakı qorxuya vaksin, yoluxma, cərimə və s. narahatlıqları aid eləmək olar. Aclıq isə pandemiyanın vurduğu iqtisadi ziyanlar, səfalətdən əziyyət çəkən ölkələrdəki karantindən sonrakı aclıqdır. Koronavirus bohranının hələ qarşıda hiss olunacağını nəzərə alsaq, qorxu və aclıq sınaqları yenə gözləniləndir. COVİD-19 çox adamın müflis, işsiz qalmasına səbəb olub. 


Həmin ayənin digər hissəsində doğma insanların ölümü ilə bağlı da yazılıb və deyilir ki, sizə yaxın insanlarla ayrı düşəcək, onları itirəcəksiniz:

“Narahat olmayın, bunu asan qəbul edin”. Ayədə meyvə və döl sınaqları da var.
Sonda isə hər şeyə rəğmən səbrli olanların sevinəcəyi qeyd olunur. Çünki o adamlar “Biz Allaha məxsusuq və onun yanına qayıdacağıq” deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO