Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, Rauf Pənahov vəfat edəndən sonra BŞİH-nin keçmiş icra başçısı Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək üçün ona həvalə edib:
“Mən Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Komissiyasına rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla deyil, ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi. Amma buna baxmayaraq, o, həm də Bakı Şəhər İcra Hakimyyətinin başçısı vəzifəsinə nəzarət edirdi”.
Təqsirləndirilən şəxs deyib ki, Hacıbala Abutalıbov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirəndə Dilarə Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib:
“Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub”.
Növbəti proses sentyabrın 9-na təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 06.09.2021
Rasim Quliyev: “Hacıbala Abutalıbovun sərəncamı məndən qabaq olub”
Hazırda oxunan: Rasim Quliyev: “Hacıbala Abutalıbovun sərəncamı məndən qabaq olub”
Hazırda oxunan: Rasim Quliyev: “Hacıbala Abutalıbovun sərəncamı məndən qabaq olub”
35770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.