Mebel fırıldaqçısının adı bəlli oldu – Bu məşhur şəxs görün kim imiş? - FOTO

Mebel fırıldaqçısının adı bəlli oldu – Bu məşhur şəxs görün kim imiş? - FOTO

Hazırda oxunan: Mebel fırıldaqçısının adı bəlli oldu – Bu məşhur şəxs görün kim imiş? - FOTO

35765

Müasir texnologiyalar fırıldaqçıların əlinə yeni fürsətlər verib. Onlayn alış-verişdə müştərilərin aldadılması halları ilə bağlı şikayətlərə mütəmadi olaraq rast gəlinir. Növbəti qurban isə onlayn mebel sifarişində bu cür durumla üzləşib.

Sosial şəbəkədə yer alan şikayətə görə, müştəri “Zəhra Mebel” adlı şirkətdən onlayn mətbəx mebeli sifariş edib. 

Şirkətin direktoru olduğunu bildirən İlkin İsmayılov adlı şəxs usta kimi təqdim etdiyi digər bir şəxslə evə gəlib. Mebelin hazırlanması üçün razılıq əldə edilib. 

İlkin İsmayılov razılaşdırılmış məbləğin yarısının öncədən ödənilməsini vacib olduğunu bildirib. Həmin məbləğ ona verilib. Bundan sonra isə onları görən olmayıb. İlkin İsmayılovun sifarişçiyə verdiyi telefon nömrəsi isə söndürülüb. 
 

Sosial şəbəkədə yayılan məlumat və şərhlərdən bəlli olur ki, bu fırıldağın qurbanı bir yox, bir neçə nəfərdir. 


İnsanların etibarından sui istifadə edərək, pul qazanan İlkin İsmayılov və tərəfdarları isə hazırda zehra_mebel_onlayn instaqram səhifəsi vasitəsi ilə fəaliyyət göstərirlər. 

Qeyd edək ki, sosial şəbəkədə İlkin İsmayılovun fotoları da yayılıb. Məsələ ilə bağlı 10 nəfərə qədər şəxsin şikayəti əsasında materialların toplanaraq hüquq mühafizə orqanlarına müraciət edildiyi bildirilir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında ümumiyyətlə mebel satışı sahəsində istehlakçıların aldadılması ilə bağlı çoxsaylı faktların baş verdiyini bildirib: 

“Bununla bağlı bizim Birliyimizə də onlarla müraciətlər daxil olub. Təkcə onlayn deyil, birbaşa ticarətdə də müştərilərin aldadılması halları baş verir. Məsələn, bizdə Türkiyə istehsalı adı altında biabırçı bir taxta parçasının müştərinin evinə aparıb yığılması ilə bağlı şikayət var”.

Birlik sədri istehlakçılara bu cür hallarla üzləşməmələri üçün ilk növbədə məhsulu stasionar ofisi olan şirkətlərdən almağı tövsiyə edib: 
 

“Hətta beh pulu verən zaman da kassa çeki tələb etsinlər, məhsulun sertifikatı ilə maraqlansınlar. Telefon nömrələri götürsünlər, ustalara pul verməsinlər. İstehlakçılar mebelləri belə 14 gün ərzində qaytara və dəyişdirə bilərlər”.


Eyyub Hüseynov istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının da bu işə ciddi yanaşmasının vacibliyini vurğulayıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO