Türkiyədə əməliyyat olunan qazinin SON DURUMU – Anasından ÖZƏL AÇIQLAMA - FOTO

Türkiyədə əməliyyat olunan qazinin SON DURUMU – Anasından ÖZƏL AÇIQLAMA - FOTO

Hazırda oxunan: Türkiyədə əməliyyat olunan qazinin SON DURUMU – Anasından ÖZƏL AÇIQLAMA - FOTO

35722

"YAŞAT" Fondunun dəstəyi ilə Türkiyəyə göndərilən Vətən müharibəsi qazisi Alı Qədirlinin qardaş ölkədə müalicəsi davam edir. Qazimiz Türkiyənin Romatem xəstəxanasının İzmit şəhərindəki filialında müalicə olunur. Bu barədə qazinin yanında olan anası Nüşabə Qədirova məlumat verib. 

Vətən müharibəsində - oktyabrın 16-da Suqovuşanda gedən döyüşlərdə ağır qəlpə yarası alan Alı Qədirli 5 ay Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə  olunub.

Əməliyyat nəticəsində qəlpə çıxarılsa da ağır fəsadları qalıb və  müalicənin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu il martın 25-dən İzmit xəstəxanasına gətirilən Alının ümumi vəziyyəti  yaxşı olsa da müalicəsi tam effekt verməyib. Hələlik türk həkimləri Alını əməliyyat edərək onurğa sütununa plastik viksasiya ediblər.

Qazinin bacısı Tubu Qədirova Bizim.Media-ya açıqlamasında bildirib ki, aldığı qəlpə yarasından onurğa beyni tam zədələnən Alının aşağı ətraflarında hissiyyat və hərəkət yoxdur.

Onun Türiyədə müalicəsi bu istqamətdə aparılır.
 

23 yaşlı Alı Qədirli Azərbaycan Texniki Universitetini bitirib. Bir illik hərbi xidmətdən sonra Vətən Müharibəsinin ilk günlərində-sentyabrın 29-da çağırışla cəbhəyə yollanıb və Suqovuşanda ağır yaralanıb.


Döyüşdə göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə"və "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəkinin Kiçik Dəhnə kəndində yaşayan qazi evlidir, 2 azyaşlı övladı var.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO