Daha 13 ölkə vətəndaşı Azərbaycana gələ biləcək - SİYAHI

Daha 13 ölkə vətəndaşı Azərbaycana gələ biləcək - SİYAHI

Hazırda oxunan: Daha 13 ölkə vətəndaşı Azərbaycana gələ biləcək - SİYAHI

35705

Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib.

Bizim.Media xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər:
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli aeroportuna ilk uçuş AVROPA MƏTBUATINDA - FOTO


- Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva.

Qeyd edək ki, daha əvvəl iyunun 10-dan Rusiya, Türkiyə, iyunun 21-dən isə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vastəsilə Azərbaycana giriş-çıxışına icazə verilib.

Avqust 5-dən eyni şərtlərlə siyahıya daha 20 ölkə əlavə edilib:

- Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Luksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan.

Xatırladaq ki, qeyd olunan ölkələrdən Azərbaycana girişə icazə verilməsi həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO