Füzuli aeroportuna ilk uçuş AVROPA MƏTBUATINDA - FOTO

Füzuli aeroportuna ilk uçuş AVROPA MƏTBUATINDA - FOTO

Hazırda oxunan: Füzuli aeroportuna ilk uçuş AVROPA MƏTBUATINDA - FOTO

35667

Moldovanın nüfuzlu xəbər portalları işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna - Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin enişi barədə məqalələr yayıb. 

Bizim.Media xəbər verir ki, “tribuna.md”, “ava.md” və “noi.md” saytlarında dərc edilən məqalələrdə qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik olaraq həmin təyyarə "Qarabağ" adını daşıyır. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzuliyə uçan ilk təyyarənin pilotunun TƏƏSSÜRATLARI – VİDEO 


Məqalələrdə vurğulanıb ki, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır. 

Bizim.Media
​​​​​​​






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO