\

\"Bu gün uğurlarınız özünüzdən asılıdır\" - Bürcləri nə gözləyir?

Hazırda oxunan: \"Bu gün uğurlarınız özünüzdən asılıdır\" - Bürcləri nə gözləyir?

35598

5 sentyabrın 28-ci aylı gündür. Şir üzərində olan ay insanlara qətiyyət verərək onları təhlükəli addımlara sövq edir.

Bizim.Media xəbər verir ki, bu gün hər insanın uğur qazanması onun özündən və pozitivliyindən asılıdır.

Qoç

Çox ünsiyyət saxlamalı olacaqsınız, amma bu, xeyirinizədir. İctimai mövqelərinizi gücləndirə biləcəksiniz. Emosional ünsiyyətlərə bütün gücünüzü sərf etməyin. 

Buğa

Bu gün ev işləri üçün daha məqsədəuyğundur. Çölə çıxdığınız halda havanı nəzərə alın, yoxsa sağlamlıq problemləriniz ola bilər. 

Əkizlər

Danışığınıza diqqət edin. Çünki səsləndirdiyiniz sözlərə görə cavab verməli olacaqsınız. Nüfuzunuza da xələl gələ bilər.

Xərçəng

Hisslər və pulunuzu cilovlayın. İşdən icazə və borca pul istəməyin. Günün çətinliklərini ürəyinizə salmayın. Öhdəsindən gələcəksiniz.

Şir

Bugünkü uğurlarınız ambisiyalarınıza xidmət edəcək. Əsas odur ki, xırdaçılıq etməyin və düzgün layihədə köklənin. Yaxşı tanışıqlar şansınız var. Çalışın ki, yaxın ətrafın tənqidə tuş gəlməyəsiniz.

Qız

Ev işləri ilə canınız sıxıla bilər və kimsə bundan istifadə etməyə çalışacaq. Yox deməyi bacarın. Öyrəşmədiyiniz sahədə uğur qazana bilərsiniz. 

Tərəzi

Dəyişkən ovqatınız olacaq. Duyğularınızı ram edə bilməsəniz, əsəbləriniz korlanacaq. İntusiyanıza qulaq verin və hər şeyə görə lovğalanmayın.

Əqrəb

Ən yaxşısı ev işləri ilə məşğul olmağınızdır. Ailənizlə sirləri də bölüşə bilərsiniz. Pulu isə ağılla xərcləyin. Heç bir işi yarımçıq qoymayın.

Oxatan

Perspektivli görünməyə bilər, lakin işiniz çox olacaq. Hər halda bu iş layiq olduğunuzu əldə etməyə şərait yaradacaq. Günü düzgün planlaşdırmaqla yaxşı gəlir gözlənilir.

Oğlaq

Tərəf müqabilinizlə münasibətdə ən yaxşı gününüz deyil. Çünki onun ən mənfi cəhətləri daha çox üzə çıxacaq. Buna görə də, ən yaxşısı, köhnə, sınaqdan keçmiş dostlarla zaman keçirin. Mübahisədən uzaq olun.

Dolça

Fikir mübadiləsi üçün əla gündür. Praktik fəaliyyətlər üçün isə uyğun gün deyil.

Balıqlar

Hər xırda şeyə fikir verməyin. Qeybət hədəfinə çevrilə bilərsiniz. Romantik tanışlıqlar da ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO