Vəfat etmədən məzarlıq yaratmaq doğrudurmu? – İLAHİYYATÇI AÇIQLADI

Vəfat etmədən məzarlıq yaratmaq doğrudurmu? – İLAHİYYATÇI AÇIQLADI

Hazırda oxunan: Vəfat etmədən məzarlıq yaratmaq doğrudurmu? – İLAHİYYATÇI AÇIQLADI

35557

“İslam dininə görə insan özü boyda dərinliyə, torpağa dəfn edilməlidir. Əvvəlcədən insanın özünə məzar yeri alması, hazırlaması nümunəsi İslamda yoxdur. Çünki elə ola bilər ki, o insana heç torpağa dəfn edilmək nəsib olmasın. Məsələn, təyyarədə yanıb kül ola, dənizdə qərq ola bilər ki, məzar qismət olmaz”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış ilahiyyatçı Tural İrfan insanın vəfat etmədən məzarlıq yaratması məsələsini şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Məhərrəmliyin nə İslama, nə də Qurana dəxli var” – İlahiyyatçıdan SENSASİON açıqlama


İlahiyyatçının sözlərinə görə ölkəmizdə əsasən müstəqilllik dövründən bu yana insanlar özləri və ailə üzvləri üçün məzar yerləri alırlar, çəpərləyir və hasarlayırlar:

“Əsasən də məmurlar çoxsahəli torpaq yerlərini zəbt edirlər. Bu doğru deyil. Günahdır. Peyğəmbər saysız savaşlarda iştirak edib, müsəlmanlar çoxsaylı şəkildə şəhid olublar. Amma o heç zaman qabaqcadan məzar qazdırmayıb.

Heç özü də özünə məzar düzəltdirməyib, heç məzarının harada olması haqda vəsiyyət də etməyib. Sadəcə vəfat edəndən sonra səhabələr qərara gəliblər ki, onu öz evində, öz otağında dəfn etsinlər və ediblər. Yeganə olaraq müharibə vaxtı istisnadır ki, çoxsaylı şəhidlərin olması zamanı kütləvi şəhid məzarlığı qazılır.
 

Burada bir qəbahət yoxdur. Necə ki, 44 günlük ikinci Qarabağ savaşı zamanı da ölkəmizdə bu icra edilmişdi. Amma sıravi şəxslərin əvvəlcədən özlərinə qəbir yeri alması, qazması İslam baxımından doğru deyil, bidətdir”.


Tural İrfanın fikrincə, kəndin, qəsəbənin, şəhərin özünün məzarlığı olmalı, vəfat edən şəxlər də öldüyü zaman qəbir qazılıb dəfn edilməlidir:

“Ancaq ölkəmizdə insanlar hər şeydən o qədər narahatdırlar və heç nəyə ümidləri qalmayıb ki, öləndən sonra da narahat ola biləcəklərini ehtimal edirlər. Yəni insan ona görə bu ölkədə çox pul yığmağa meyllidir. Çünki etibarı və etimadı yoxdur. Bilir ki, xəstələnsə, pulu olmasa öləcək."

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO