Nazirliyin mətbuat katibi Tokioda qızıl medal alan qardaşı qızından danışdı - FOTO

Nazirliyin mətbuat katibi Tokioda qızıl medal alan qardaşı qızından danışdı - FOTO

Hazırda oxunan: Nazirliyin mətbuat katibi Tokioda qızıl medal alan qardaşı qızından danışdı - FOTO

0:00
0:00
35534

Tokio Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, Lamiyə 55 saniyəyə finişə çatmaqla doqquz illik Paralimpiya rekordunu qıraraq qalib olub. 

L.Vəliyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın qardaşı qızıdır. İ.İbrahimova onun qələbə qazanması ilə bağlı təəssüratlarını bölüşüb:

“Lamiyə Tokio Paralimpiya Oyunlarında qələbə qazanmaqla Azərbaycanın üçrəngli bayrağını zirvələrə ucaltdı. Bu gün hər kəs onunla qürur duyur. Mən isə ikiqat sevinirəm və qürurlanıram.
 

Lamiyə gözümüzün önündə böyüyüb. Düzü, o uşaq olandan heç kim onun idmanla məşğul olacağını ağlına belə gətirməzdi. Lamiyə 12-13 yaşında olarkən babasının sayəsində qaçış idmanına həvəsləndi və bununla da potensialı üzə çıxdı.


Bu gün Lamiyə təkcə ailəsinə, doğmalarına deyil, vətəninə sevinc bəxş etdi. Bu gün babasının da ruhu şaddır. Qalib Azərbaycanımızın çempion və mükafatçılarının uğurları davamlı olsun” (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO