Yay tətıli bitdi, insanlar yavaş-yavaş öz adəti üzrə həyatlarına qaldıqları yerdən davam edirlər. Maraqlıdır, ictimaiyyət arasında tanınmış şəxslər harada dincəlməyə üstünlük veriblər, Kim harada, necə dincəlb.
Bizim.Media olaraq, bu sualla ilk öncə ölkənin siyasi xadimlərinə müraciət etdik.
MÖVZU İLƏ BAĞLI:
Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI
Deputat Zahid Oruc işlərinin çoxluğundan bu yay heç yerdə istirahət etmədiyini bildirib, lakin...
“Bu yay heç yerdə istirahət edə bilmədim, lakin güman edirəm ki, ilin sonunda kiçik bir taym-out götürmək imkanım olacaq. Onda da yəqin ki, Azərbaycanın sakit güşələrin birində keçirdəcəm. Azərbaycan təbiətinin energetik ruhunun içərisində olmağı çox istəyərdim”.
Millət vəkili Ramil Həsən də kolleqası Zahid Oruc kimi bu istirahət günlərində özünə vaxt ayıra bilməyib:
“Yay tətilində o qədər gərgin qrafikim var idi ki, istirahətə getmək imkanım olmayıb. Yəqin ki, bundan sonrada alınmaayacaq. Çox güman ki, istirahətim ancaq gələn ilə qalar”.
Ağ partiyanın başkanı Tural Abbaslı isə qısa müddətli Ağstafa rayonuna getdiyini deyib:
“Bu yay ancaq qısa müddətli Ağstafa rayonuna getdim, şəhid ailələr ilə görüşdük. Lakin istirahət etməyə vaxtımız olmadı. Bizim partiyanın mən və bütün əməkdaşları iş başında olmuşuq. Niyyətimdə tətilə çıxmaq vardı, lakin iş prosesi buna mane oldu”.
Bəs, incəsənət xadimləri bu günü necə dəyərləndirə bilib? İlk əvvəl xalq artisti Faiq Ağayevin necə istirahət edəcəyi ilə maraqlandıq.
İfaçı bildirib ki, pandemiya dönəmində 1 il 7 ay müddətində işsiz qaldığı üçün heç bir gəlir yeri olmayıb. Bu səbəblə də bu yay heç yerdə istirahət edə bilməyib.
“Uzun müddət fəaliyyətsiz qaldığım üçün, burada istirahətdən söhbət gedə bilməz. Ona görə bu il bu həzzi özümə yaşada bilməmişəm”.
Müğənni Afət Fərmanqızı isə Xalq artistindən fərqli olaraq yay tətilini çox gözəl keçirdiyini bildirib.
“Bu yay iş yorğunluğunu üzərimdən atmaq üçün Türkiyəyə yollandım və çox gözəl istirahət etdim. Bu səyahətimdən də çox razı qaldım”.
Son zamanlar öz ekstravaqant görünüşü ilə böyü müzakirələrə səbəb olan Bayram Nurlu isə deyəsən hamıdan gözəl istirahət edib. O, istirahətini belə təsvir edib:
“İyul ayında Antalyaya səyahət etdim. 7 gün orada qaldıqdan sonra Bodruma yola düşdüm. Orada da dostlarımla çox əyləncəli istirahət etdim. Daha sonra avqust ayında yenidən Bodrumda 15 gün dincəldim. Avqustun sonunda istirahətimi ailəmlə birlikdə davam etdirdim. Mənim anam, bibilərim yaşlı olduqlarına görə, təyyarəyə minə bilmirlər. Ona görə də onlarla Azərbaycanın dilbər guşələrində dincəldim”.
Sonda B.Nurlu qeyd edib ki, yay istirahəti əvvəl ki, illərlə müqayisə də ona baha başa gəlib.
Səkinə Yusibli, Bizim.Media