Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.
Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 02.09.2021
FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Hazırda oxunan: FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Hazırda oxunan: FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT
0:00
0:00
35262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.