Artıq sentyabrın ilk günləridir, məzuniyyətlər, istirahətlər başa çatır. Bakıda həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda aktivlik günbə-gün artır. Təmasların intensivləşməsinin koronavirusun yayılması üçün münbit şərait yarardığı bəllidir.
Belə bir vəziyyətdə metroda istismara buraxılan qatarların sayının çoxaldılaraq, intervalın azaldılması, sərnişinlərin daha intensiv daşınması nəzərdə tutulurmu?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasıda bildirib ki, metroda gündəlik monitorinqlər aparılır və proseslər ən optimal şəkildə diqqət mərkəzindədir:
MÖVZU İLƏ BAĞLI:
Supermarketlərə birinci doz ilə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA
“Pandemiya daxil olandan yay dövrü, qış dövrünün olduğu nəzərə alınmır, sərnişinlərin artıb -azalması gündəlik iş rejimi şəraitində öyrənilir və buna müvafiq addımlar atılır. Eyni zamanda sərnişinlər arasında təbliğat və təşviqat işləri aparılır, metodiki göstərişlərə əməl edilməsinə nəzarət edilir. Pandemiya şəraiti bitməyib və sərnişin sayının artıb-azalmasından asılı olmayaraq, bizim bu şəraitə uyğun tədbirlərimiz müntəzəm günbəgün, saatbasaat davam etdirirləcək”.
Xatirə Nəsirli, Bizim.Media