Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı PAYLAŞIM - FOTO

Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı PAYLAŞIM - FOTO

0:00
0:00
35205

Bir neçə gün əvvəl Xalq artisti Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Emin Ağalarov Bakıda 6 kilometrlik bulvar inşa etdirəcək - FOTO


Xalq artisti şəxsi İnstagram hesabında layihənin planı olan vərəqlə çəkdirdiyi fotosunu yayımlayıb və bunları əlavə edib:

“İnşaat hər zaman layihənin sxemindən başlayır. Bu, çox yaradıcı prosesdir. Hətta deyərdim, tikinti bir mahnıdır, əgər hər şey həmahənglik təşkil edirsə, onda nəticə olacaq!”

Xatırladaq ki, hər iki ticarət mərkəzi və bulvarın tikintisi “Sea Breeze” kurort qəsəbəsində reallaşdırılacaq.


Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-də start veriləcək. Layihənin ümumi ərazisi 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq əhatə edəcək. Yaxın gələcəkdə isə daimi yaşayış üçün mehmanxana və apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələrin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO