Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə bir erməni əsgər ölüb.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan Müdafiə Nazirliyini çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
MN: "Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub"
Qeyd olunur ki, sentyabrın 1-də saat 11:10 radələrində Azərbaycan Silahlı Qüvvələri yenidən Ararat bölgəsindəki erməni mövqelərini snayper tüfənglərindən atəşə tutmağa başlayıb.
Xüsusilə, Ermənistan-Azərbaycan sərhədinin Arazdəyən hissəsinə atəş açılıb.
Nəticədə, hərbi hissələrdən birinin müqaviləli hərbi qulluqçusu, 39 yaşlı kiçik çavuş Geqam Levayeviç Saakyan ölümcül güllə yarası alıb.
Bizim.Media