Təzə mobil telefonunuzu bağlayıblar? – YAZINI OXUYUN

Təzə mobil telefonunuzu bağlayıblar? – YAZINI OXUYUN

Hazırda oxunan: Təzə mobil telefonunuzu bağlayıblar? – YAZINI OXUYUN

3508

Mobil telefonların dövlət qeydiyyatına alınmasındakı son qaydalar əlavə problemlər yaradıb.
Dövlət rüsumunun yüksək olması telefon satışı mağazalarını bəzi qanunsuz addımlar atmağa sövq etdirib.

Redaksiyamıza məsələ ilə bağlı bir neçə şikayət daxil olub.

Şikayətçilərdən biri, Samir Məmmədov deyir ki, bir ay əvvəl İphone markalı telefon aldım. Mənə sms gəldi ki, telefonu qeydiyyatdan keçirməliyəm. İki gün sonra isə telefonumu bağladılar. Mağaza ilə araşdırma aparana qədər isə bir neçə gün keçdi, özümü zərərçəkmiş hesab edirəm və həmin vaxt ərzində həm işlərimdə axsamalar yarandı, həm də əsəblərimə təsir etdi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov şikayətə əsasən deyir ki, bu hal birbaşa olaraq istehlakçı hüquqlarının pozulması deməkdir:

“İstehlakçı borclu deyil ki, IMEI kodları olmayan telefonu özü qeydiyyatdan keçirsin. Bunu telefon mağazasının özü etməlidir”.

E.Hüseynov əlavə edir ki, istehlakçını aldadan telefon mağazalarını 400-dən 800 - manata kimi cərimə gözləyir:

“Müştəri ona qeydiyyatsız telefonun satıldığını bilən kimi İqtisadiyyat Nazirliyinin “195” Qaynar xəttinə zəng etməli və ya bizə müraciət edə bilər. Bəzən də belə telefonlar işlənmiş telefonlar olur. İqtisadiyyat Nazirlliyi bizimlə birgə mükəmməl iş apararsa, belə telefon fırıldaqçılarının da qarşını almış olarıq”.

İB sədri onu da əlavə edir ki, qeydiyyatsız telefon satanlar ona görə peyda olub ki, mobil cihazlar ölkəyə müxtəlif qeyri-qanuni yollarla gətirilir. Fiziki şəxslərin qeydiyyatsız telefon satışı etməsinin əsas səbəbi zəruri olan rüsumun ödənməsindən yayınmaqdır.

Hazırda Mobil cihazların qeydiyyatı zamanı rüsumlar aşağıdakı kimidir:

Məhsulun dəyəri 100 ABŞ dollarına qədər olduqda – 30 manat,

Məhsulun dəyəri 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat,

Məhsulun dəyəri 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda - 60 manat,

Məhsulun dəyəri 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat,

Məhsulun dəyəri 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat,

Məhsulun dəyəri 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödənilməlidir.

Mövzumuzla bağlı “Kontakt Home” mağazlar şəbəkəsinin mətbuat katibi Vəfa Rüstəmovanın isə maarifləndirici cavabları var. Onun sözlərinə görə, normal satış məntəqələrindən alınan telefonlarda belə hadisənin baş verməsi mümkün deyil.

Vəfa Rüstəmova qeyd etdi ki, bu hal ancaq kreditə götürülmüş telefonlara tətbiq olunur.

Mətbuat katibi xəbərdarlıq SMS-dən sonra telefonların bağlanmasını belə izah edir:

“Yalnız hissəli alışla mobil cihaz alan müştərilər uzun müddət kredit öhdəliyini yerinə yetirmədikdə, ödənişləri gecikdirdikdə, mobil cihazın istifadəsi qismən və ya tam məhdudlaşdırıla bilər. Bununla bağlı yaranan xərclər (cihazın aktivləşdirilməsi üçün ödənilməli olan dövlət rüsumu) müştəri tərəfindən qarşılanır''.

''Bütün bu punktlar müqavilədə öz əksini tapır. Kontakt Home şəbəkəsi olaraq qeyd edə bilərik ki, bizim şəbəkələrdən alınan bütün mobil cihazlar mobil cihaz aktivləşdiriləndən (cihaza mobil nömrə daxil edilən vaxtdan) 1 ay müddətində avtomatik olaraq qeydiyyatdan keçirilir''.

''Vətəndaşların xəbərdarlıq sms-i ilə bağlı narahatlıq keçirməsinlər, bizim şəbəkələrdə hər şey müştərinin rahatlığı üçün nəzarətdə saxlanılır. Müştərilərimizin rahatlığını təmin etmək bizim işimizdir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO