“Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin hazırda yaşadığı rayonlara səfər planlaşdırılır.
Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, artıq 5 ildir nazirliyin təşkilatçı, dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil avtobusu” layihəsi bu il Bakı - Sumqayıt - Ağcabədi - Bərdə - Gəncə - Oğuz - Bakı marşrutu üzrə səyahət edəcək.
Sentyabrın 7-14-də icra ediləcək “Təhsil avtobusu – Qayıdış” layihəsi bu bölgələrdə yerləşən, göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərini əhatə edəcək. Altı bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə 192 şagird layihəyə qoşulacaq.
MÖVZU İLƏ BAĞLI:
Türk Şurasına üzv dövlətlərin jurnalistləri ŞUŞADADIR
Qeyd edək ki, Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.
Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.
Bizim.Media